“İnter” “Çelsi”nin 50 milyon avroluq təklifini qəbul etməyib

İtaliya millisinin və “İnter”in müdafiəçisi Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

“Çelsi” italiyalı futbolçunu transfer etmək istəyib. Ancaq Milan klubu öz aparıcı oyunçularından birindən imtina etməyib. Londonlular Bastoni üçün 50 milyon avro təklif etsələr də, qarşı tərəf bu məbləği qəbul etməyib.

26 yaşlı futbolçu 2024/25 mövsümündə 57 matçda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button