
Dembele: “İnter”ə qarşı oynamaq çətindir”
PSJ-nin fransalı vingeri Osman Dembele “qızıl top” uğrunda yarışdan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu söyləyib:
“Hər kəs bunu deyir ki, Dembele “qızıl top”u qazanmaq üçün favoritdir. Amma mən artıq dedim ki, əsas şey Çempionlar Liqasını qazanmaqdır. PSJ-də oynayanda fərdi mükafatlardan qat-qat vacib olan şeylər var. Biz bütün diqqətimizi bu kuboku qazanmağa yönəltməliyik. İnanıram ki, finalda qalib gələcəyik.
Amma asan olmayacaq, çünki “İnter”ə qarşı oynamaq çətindir. Mən bütün mövsüm onları izləyirəm, çünki Markus Türam (fransalı futbolçu) orada oynayır. “İnter” çətin rəqibdir. Dörd-beş ildir ki, bir yerdə oynayırlar. Ona görə də, çətin matç olacaq. Amma biz özümüzə inanırıq”.
Çempionlar Liqasının finalı iyunun 31-də, PSJ və “İnter” arasında keçiriləcək.
Dembele bu mövsüm bütün turnirlərdə 48 matçda 33 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin