“İnter” ən çox qol vuran komandadır
Fevralın 28-də İtaliya çempionatının 26-cı turunun matçında “İnter” “Atalanta”nı (4:0) məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu bu mövsüm 5 liqada (“böyük beşlik”) ən çox qol vuran komanda olub. Komanda 67 qol vurub. İkinci yerdə “Liverpul”dur (63 qol), “Bayern” isə ilk üçlüyü (63 qol) qapayır.
“İnter” ardıcıl dörd oyunda dörd qələbə qazanıb: “Roma” (4:2), “Salernitana” (4:0), “Leççe” (4:0) və “Atalanta” (4:0).
26 turdan sonra “İnter” 69 xalla A Seriyasına başçılıq edir. “Yuventus” ikinci yerdədir (57 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin