
“İnter” braziliyalı hücumçu ilə anlaşıb
Braziliyalı hücumçu Luis Enrike müqavilə ilə “Marsel”ə məxsus olsa da, yay transfer pəncərəsində komandasını dəyişməyə yaxındır.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, “İnter” 23 yaşlı futbolçu ilə danışıqlar aparıb və ilkin razılıq əldə olunub. Mümkün transferin məbləği 30-35 milyon avro arasında olacaq.
Enrikenin hazırkı klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə “Marsel”in heyətində 32 oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



