“İnter” biriylə müqaviləni uzadır, birini transfer edir
İtaliyanın “İnter” klubu tezliklə qapıçı Samir Handanoviçlə müqavilənin uzadıldığını elan edəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Handanoviçlə yeni müqavilənin bağlandığı bu həftə elan olunacaq. 37 yaşlı sloveniyalı ilə müqavilə 2023-cü ilin iyun ayının sonuna kimi nəzərdə tutulacaq.
Bundan başqa, “İnter” bu həftə “Ayaks”ın qapıçısı Andre Onananın transferini də rəsmən elan etməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin