“İnter” “Bayern”in icazəsini gözləyir
“İnter” müdafiəçi Benjamin Pavarın transferi ilə bağlı “Bayern”lə razılaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” “Bayern”in fransalı futbolçunun tibbi müayinədən keçməsinə icazə verməsini gözləyir. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.
Daha əvvəl klubların Pavarın transferi üçün 30 milyon avro və 2-3 milyon avro məbləğində bonuslar qarşılığında razılığa gəldiyi bildirilmişdi.
27 yaşlı müdafiəçi 2019-cu ildən “Bayern”də çıxış edir. O, 2022/2023 mövsümündə münhenlilərin heyətində 43 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin