“İnter” cənubi koreyalı futbolçunu İtaliyaya qaytarmaq istəyir

“Bayern”in müdafiəçisi Kim Min Jae İtaliya çempionatına qayıda bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “İnter” 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Milan klubu müdafiəçini icarəyə götürmək istəyir.

Kim Min Jae ötən yaydan “Bayern”də oynayır, ondan əvvəl isə “Napoli”də çıxış edib. Cənubi koreyalı futbolçu ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 36 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button