İnzaqi “İnter”lə anlaşıb – Maaşı artırılacaq

“İnter”in rəhbərliyi komandanın baş məşqçisi Simone İnzaqi ilə əməkdaşlığın uzadılması barədə danışıqlar aparıb.

Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Tərəflər yeni sözləşmə barədə razılığa gəliblər və onun şərtlərinə əsasən, İnzaqinin maaşı artırılacaq. İtaliyalı çalışdırıcı ilə “İnter” arasında hazırkı müqavilənin müddəti gələn ilin yayında başa çatacaq.

Milan klubu hazırda cari İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda UEFA Çempionlar Liqasında “Bayern”lə yarımfinala vəsiqə uğrunda mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button