“İnter” “Barselona”ya Nainqqolanı təklif edəcək – Əvəzində…
Antonio Kontenin baş məşqçi təyin olunmasından sonra yeni heyət formalaşdırmaq üçün çalışan “İnter”, “Barselona”nın yarımmüdafiəçisi üçün hərəkətə keçir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”, “Barselona”nın futbolçusu Arturo Vidalı transfer etmək niyyətindədir. Vidal üçün “Barselona”nın qapısını döyməyə hazırlaşan “neradzurra”, Kataloniya klubuna Raca Nainqqolanı təklif edəcək.
Vidalın “Yuventus”da baş məşqçisi olmuş Antonio Konte ilə yenidən birlikdə çalışmağa müsbət yanaşdığı, eyni zamanda, Nainqqolanın da “Barselona”da çıxış etmək istədiyi bildirilir.
2018-ci ildən “Barselona”da çıxış edən Vidal, son mövsümdə keçirdiyi 53 oyunda 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin