Barellaya yeni müqavilə təklif olunacaq – Maaşı da məlumdur
İtaliyalı futbolçu Nikolo Barella “İnter”də qalacaq.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər.
Barellanın “İnter”lə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. İtaliyalı futbolçunun yeni müqavilə ilə maaşı ildə təxminən 6 milyon avro olacaq.
27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Milan klubunda çıxış edir. Tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.
Barellanın transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir. Daha əvvəl mətbuatda yarımmüdafiəçi ilə “Real”ın maraqlandığı barədə xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin