“İnter” argentinalı futbolçu ilə razılığa gəlib
“İnter” hücumçusu Lautaro Martineslə müqaviləni uzatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub 26 yaşlı argentinalı forvardla şifahi razılığa gəlib. Müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub. Futbolçunun maaşı 9 milyon avro və bonuslar olacaq.
Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. Ümumilikdə o, komandada 282 oyun keçirib, 129 qol vurub və 43 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin