“İnter” 60 milyon təklif etdi, MY razılaşmır
Uzun müddətdir “Mançester Yunayted”in futbolçusu Romelu Lukakunu heyətinə qatmağa çalışan “İnter”, hücumçu üçün yeni təklif hazırlayıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “neradzurra”, belçikalı futbolçu üçün “qırmızı şeytanlar”a 60 milyon avro təklif etsə də, Mançester klubu bu təklifdən imtina edib. “Mançester Yunayted”in Lukaku üçün 85 milyon avro tələb etdiyi bildirilir. Klubun təzminat məbləğində güzəştə getməməsi danışıqların uzanmasına səbəb olur.
26 yaşlı futbolçu, bir neçə gün əvvəl verdiyi açıqlamada, “Gələcəyimlə bağlı qərar versəm də, klubla müqaviləm var. “Mançester Yunayted”in qərarını gözləmək məcburiyyətindəyəm” demişdi.
“Mançester Yunayted”lə 2022-ci ilədək müqaviləsi olan Lukaku, geridə qalan mövsümdə iştirak etdiyi 45 oyunda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin