
“İnter” hücumçusunu 5 milyon avroya satmağa hazırdır
Marko Arnautoviç “İnter”dən A Seriyasının debütantı “Komo”ya keçə bilər.
Komanda.az “FC Inter 1908”-ə istinadən xəbər verir ki, Milan klubu avstriyalı futbolçu üçün təxminən 5 milyon avro ödəyəcəkləri təqdirdə, onunla ayrılmağa hazırdır.
Arnautoviçlə “İnter” arasındakı müqavilə 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
35 yaşlı hücumçu ötən mövsüm İtaliya çempionatında 27 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin