
“İnter” 48 il sonra rekordunu təzələdi

“İnter” İtaliya kubokunun 1/8 final mərhələsində “Benevento”nu 6:2 hesabıyla məğlub edib.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, Milan təmsilçisi bu nəticəylə öz rekordunu təzələyib. Belə ki, “İnter” sonuncu dəfə 1971-ci ildə ölkə kuboku çərçivəsində “Recina” klubuna 6 qol vurmuşdu. “Neradzurra” həmin matçda 6:0 hesabıyla qələbə qazanmışdı.
“Benevento”nun qapısına 2 qol vuran Lautaro Martines isə “İnter”in heyətində ilk dəfə dubla imza atıb.
“İnter” İtaliya kubokunun 1/4 final mərhələsində “Latsio”yla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin