
“İnter”də İnzaqini əvəzləyə biləcək məşqçilərin adları məlum olub
İtaliya mediası “İnter”in baş məşqçisi Simone İnzaqinin Səudiyyə Ərəbistanına yollanacağı təqdirdə, onu kimin əvəzləyəcəyini müzakirə etməyə davam edir.
“Əl-Hilal” milanlıların çalışdırıcısına çox sərfəli təklif göndərib və belə olan halda, rəhbərlik İnzaqini komandada saxlamaqda çətinlik çəkə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İnzaqinin mümkün əvəzləyiciləri arasında hazırda “Cenoa”nı çalışdıran Patrik Vieyra da yer alır.
Həmçinin, Sesk Fabreqas, Kristian Kivu və Roberto de Zerbinin də namizədliyi nəzərdən keçirilir.
Vieyranın “Cenoa” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Fransalı keçmiş yarımmüdafiəçi 2006-2010-cu illər arasında “İnter”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



