“İnsanların əylənməsi üçün sağlamlığımı riskə atmağa dəyməz”
İcarə əsasında “Nyukasl”da çıxış edən Denni Rouz koronavirus səbəbiylə dayandırılan Premyer Liqanın mümkün bərpası ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə “Tottenhem”ə məxsus olan 29 yaşlı müdafiəçi, liqanın bərpasını riskli hesab edir:
“Futbola qayıtmaq üçün can atıram. Amma bilirəm ki, koronavirusla mübarizə aparan insanlar var, buna görə də, nədənsə şikayətlənmək istəmirəm. İnsanlar futbolçulara futbola qayıtmalarını təklif edib, laboratoriya siçovulu olmağını, bunun işə yarayıb-yaramayacağını görmək istəyir. İnsanlar evdə oturub, futbolçuların çox pul qazandığını, buna görə də, futbola qayıtmağın lazım olduğunu deyə bilərlər. Düşünürəm ki, insanların əylənməsi üçün sağlamlığımı riskə atmağa dəyməz”.
Bizi Facebook-da izləyin