
“İnsanların hələ də dərilərinin rənginə görə bir-birini təhqir etməsi düzgün deyil”
“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri İtaliya çempionatının 17-ci turunun “Verona” ilə son oyununda (2:0) rəqib azarkeşlərin afrikalı yarımmüdafiəçi Antoni Makumbuya qarşı irqçi şüarlara yol verməsinə görə narazılığını bildirib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, bu irqçi şüarlara görə təəssüfləndiyini deyib:
“Makumbuya qarşı belə şüarları eşitmək çox təəssüf doğurdu. Bunun qarşısını almağa cavabdeh olanlar bununla bağlı nəsə etməlidirlər. İnsanların hələ də dərilərinin rənginə görə bir-birini təhqir etməsi düzgün deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin