“İnsanların dediklərinə qulaq asmağa ehtiyac yoxdur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Cek Qrilişin tənqid olunmasından danışıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi, tənqidlərə qulaq asmamalı olduqlarını deyib:

“Mən onun qol vurmasını və ötürmələr etməsini istəyirəm və o bunu edir. Amma bu belə deyil. Söhbət onun topsuz hərəkətlərindən, meydanda digər oyunçulara nə verə biləcəyindən, komandaya verdiyi töhfədən və Cekin bacardığı bir çox başqa şeylərdən gedir.

Ümumiyyətlə, tənqidə gəlincə, mən həmişə uşaqlara deyirəm: “Siz özünüz də yaxşı bilirsiz ki, necə oynamısız, məqsəd nə idi, plan nə idi, alındı, ya yox”. Beləliklə, insanların oyunun keyfiyyəti və digər hər şey haqqında dediklərinə qulaq asmağa ehtiyac yoxdur. Hər birimiz bilirik ki, o, əlindən gələni edib, yoxsa yox”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button