“İnsanlar unudurlar ki, ömrümün 23 ilini “Mançester Yunayted”də keçirmişəm”

“Barselona”nın futbolçusu Markus Reşford “Mançester Yunayted”lə bağlı hisslərini bölüşüb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“İnsanlar unudurlar ki, mən ömrümün 23 ilini “Mançester Yunayted”də keçirmişəm. Bəzən sadəcə dəyişiklik lazımdır. “Barselona”ya keçid daha əvvəl baş verə bilərdi, amma nədənsə olmadı. İndi bu fürsətdən maksimum yararlanmaq imkanım var”.

İngiltərəli futbolçu bu ilin yayında icarə əsasında “Mançester Yunayted”dən “Barselona”ya keçib. 27 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button