
“İnsanlar stadiona məhz Leaonu izləmək üçün gəlirlər” – Kapello
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello komandanın hücumçusu Rafael Leaonun oyunundan razıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun matçlardakı çıxışını yüksək qiymətləndirib:
“İstedad qələbə gətirir. Leaonun istedadı göz qabağındadır, danışılası heç nə yoxdur. İnsanlar stadiona məhz onu izləmək üçün gəlirlər. Bütün digər oyunçular onunla müqayisədə darıxdırıcıdır”.
24 yaşlı hücumçu bu mövsüm A Seriyasında 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin