DÇ-2022: “Azarkeşlər bizə inanır” – milli üzvü
“Yuventus”un və Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes DÇ-2022 barədə danışıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu azarkeşlərin dəstəyini xüsusilə qeyd edib:
“Biz sakitik, amma bilirik ki, insanlar narahatdır. Çünki turnir çox yaxında başlayacaq. İlk matça ən yaxşı şəkildə hazırlaşmalıyıq.
Keyfiyyətli futbolçularımız, yaxşı baş məşqçimiz var. Azarkeşlər bizə inanır. Bu amil məqsədlərimizə çatmaq üçün kifayətdir”.
Argentina millisi DÇ-2022-də C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin