“Kriştiano, yoxsa CR7?”
“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, İtaliya mətbuatına müsahibə verən 34 yaşlı futbolçu, karyerası və gələcəyi ilə bağlı danışıb:
“Kriştiano, yoxsa CR7? Düşünürəm ki, bununla heç nə dəyişmir. Evdə məni Ronaldo, məktəbdə Kriştiano adlandırırdılar. Yalnız azarkeşlər məni CR7 deyə, səsləyirlər. Futbol mənim dünyamdır, amma futboldan kənardakı həyat da mənim üçün vacibdir. Mənim üçün sadəcə bir Kriştiano var, insanlar mənə baxıb, “bu, Ronaldodur” deyəndə, xoşuma gəlir.
Leonardo Bonuççi, Corco Kyellini və Matteys de Liqt indiyədək oynadığım ən güclü müdafiəçilərdir.
Mənim üçün Çempionlar Liqası digər bütün turnirlərdən – dünya çempionatı və Avropa çempionatından fərqlidir. Bu turnir çox xüsusidir.
“Yuventus”da hər şeyi çox sevirəm, bu, İtaliyanın ən yaxşı klubudur. Bu klubun qeyri-adi tarixi var və burda olduğum üçün xoşbəxtəm.
18 yaşında insan daha çox əylənmək barədə düşünür, amma indi daha məsuliyyətlisən və yaxşı çıxış etməlisən. Özümü çox xoşbəxt və həvəsli hiss edirəm, uzun illər oynamaq istəyirəm”.
Bizi Facebook-da izləyin