“İnsanlar mənə “böyük klubdasan, pulunu qazan” deyirdilər” – Lovren
Yay transfer pəncərəsi dövründə adı müxtəlif klublarla yanaşı çəkilən və “Liverpul”dan ayrılması gözlənilən Deyan Lovren açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, “qırmızılar”ın baş məşqçisi Yurgen Kloppun getməsinə icazə vermədiyini deyib:
“Liverpul”dan ayrılmağı düşünürdüm. Bu komanda üçün əlimdən gələnin ən yaxşısını etdiyimi bilirəm. “Liverpul”la birlikdə Çempionlar Liqasının qalibi oldum. Klubda oturub, pul qazanmaaq istəyən futbolçulardan deyiləm.
“Milan” və “Roma” ilə danışıqlar apardım, amma alınmadı. İnsanlar mənə “böyük klubdasan, pulunu qazan” deyirdilər. “Milan” danışıqlara başlamışdı, “Roma” da qətiyyətli idi. İcarəyə getmək məcburiyyətində deyildim. Klopp da mənə, “səni icarəyə göndərməyəcəyik, sənə ehtiyacımız var” dedi. Mən də komandadan ayrılmadım”.
2014-cü ildən “Liverpul”un şərəfini qoruyan xorvatiyalı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin