«İnkişaf turniri»: Sonuncu turda «qırğın» olacaq

«Zirə» FK və «Şüvəlan» FK-nun 2003-04-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında təşkil etdiyi «İnkişaf turniri» davam edir.

Komanda.az xəbər verir ki, dünən 2-ci tura yekun vurulub. A qrupunda «Sumqayıt»ı 2:0 hesabı ilə məğlub edən «Keşlə» 6 xalla liderliyi ələ keçirib. Bu qrupun digər oyununda da 2:0 hesabı qeydə alınıb. «Sabah-2004» «Şüvəlan»ı məğlub edib. Aktivində 3 xalı olan «Sabah-2004» və «Şüvəlan» uyğun olaraq 2-3-cü yerləri bölüşrürlər. Xalı olmayan «Sumqayıt» sonuncu pillədə qərarlaşıb.

B qrupunda isə vəziyyət bir qədər qəlizdir. «Sabah»ı minimal hesabla yenən «Neftçi» 4 xalla 1-ci yerdədir. «Qarabağ»a 1:3 hesabı ilə məğlub olan «Zirə» isə 1 xalla sonuncudur. Bu qrupda 3 xal toplayan «Sabah»la «Qarabağ» 2-3-cü yerdə «məskən salıblar».

Hər 2 qrupdakı vəziyyətə nəzər salsaq, bütün komandaların yarımfinal mərhələsinə çıxmaq şansları var.

1-ci tur

A qrupu

Keşlə – Sabah 5:2

Qollar: Kamal Kazımov, 2, Vaqif Həsənov, 12, 43, 56; Fərid İmanquliyev, 58 – Şahmar Aşurov, 19-pen; 25

Sumqayıt – Şüvəlan 1:3

Qollar: Yusif Rufulzadə, 16 – Məhəmməd Məmmədzadə, 52; Kənan Hüseynzadə, 58; Pərviz Hüseynov, 70

B qrupu

Neftçi – Zirə 1:1

Qollar: Nurlan Musayev, 58 – Vüsal Əliyev, 59

Sabah» – Qarabağ 7:1

Qollar: Vüsal Vəliyev, 18, 19, 30; Nihat Dəryagir, 20; Həsən Seyfullayev, 28-pen; Vüsal Mirzəzadə, 60; Kamil Musayev, 71 – Musa Musazadə, 37-pen

2-ci tur

A qrupu

Keşlə – Sumqayıt 2:0

Qollar: Vaqif Həsənov, 42, 53

Şüvəlan – Sabah-2004 0:2

Qollar: Ayxan Allahverdiyev, 48; Qəşəm Məmmədov, 70

B qrupu

Sabah – Neftçi 0:1

Qol: Ağadadaş Salyanski, 57

Zirə – Qarabağ 1:3

Qollar:  Mahmud Ağayev, 55 – Mirmövsun Caniyev, 5; Elnar Əkbərov, 35; Sahib Səmədov, 43

Bombardir: Vaqif Həsənov (Keşlə) – 5 qol.

3-cü turun oyunları mayın 31-də keçiriləcək:

11:00 Qarabağ – Neftçi

Binə qəsəbə stadionu

11:00 Sabah-2004 – Sumqayıt

Şüvəlan, AZAL Arena

17:00 Zirə – Sabah

Binə qəsəbə stadionu

17:00 Şüvəlan – Keşlə

Şüvəlan, AZAL Arena

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button