İnyestanın kumiri
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Pablo Aymarın özünün uşaqlıq kumiri olduğunu açıqlayıb.
Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunları deyib:
“Yeniyetməlik illərimdə Pablo Aymar mənim kumirim idi. Onun oyununu görmək həmişə xoş idi”.
Argentinalı keçmiş yarımmüdafiəçi Aymar “River Pleyt”, “Saraqosa”, “Valensiya” və “Benfika”da çıxış edib. O, karyerası ərzində 468 matçda 60 qol vurub və 96 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin