Portuqaliya klubu Renat Dadaşovla maraqlanır
İngiltərənin “Vulverhempton” klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Tondela” klubu yaxından maraqlanır. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçisinin Renatı icarəyə götürmək istədiyi bildirilib.
Dadaşov daha əvvəl Portuqaliyada “Pasuş de Fereyra” klubunda çıxış edib.
Azərbaycan millisi ilə 7 oyuna çıxan Renatın “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin