Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərənin “Vulverhempton” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Bruno Lageyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Lage son olaraq Portuqaliyanın “Benfika” klubunda baş məşqçilik edib. O, “Vulverhempton”da Nunu Espirito Santonu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin