Premyer Liqa klubu milli üzvüylə müqaviləni yenilədi

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Xonatan Kastronun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Vulverhempton” Kastronu 2019-cu ilin yayında 21 milyon avro qarşılığında “Atletiko”dan transfer edib. Müdafiəçi İspaniya yığmasında 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button