ÇL: İngiltərənin 3 klubu “ilk beşlik”dədir

Bu yaxınlarda Çempionlar Liqasında ümumi mərhələnin altıncı turunun oyunları keçirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turnir cədvəlinə nəzər saldıqda, ilk 5-likdə İngiltərənin üç komandası yer alır.

Çempionlar Liqasının lideri hələ bir xal itirməyən “Liverpul”dur. Arne Slotun komandası 6 görüşün hamısında qalib gəlib. “Arsenal” 13 xal və +9 top fərqi ilə üçüncü pillədə qərarlaşıb. İlk beşliyi “Aston Villa” qapayır. İngiltərə klubu +6 top fərqi ilə 13 xala malikdir.

Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunları yanvarın 21 və 22-də keçiriləcək. Bu mərhələnin son oyunları isə yanvarın 29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button