Konte: “Hər kəsin düzgün qərar verəcəyinə inanıram”
“Tottenhem”in baş məşqçisi Antonio Konte son vaxtlar komandada koronavirusa yoluxma hallarının artması haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis, “komandada koronavirusa qarşı peyvənd olunmayan biri varmı” sualına belə cavab verib:
“Buna cavab vermək asan deyil. Hər insan öz qərarını özü verməlidir”.
Konte, kimisə peyvənd olunmağa məcbur etməyəcəklərini də qeyd edib:
“Bu, səhv olar. Başqa bir insanın ağlına girmək çox çətindir. Mən həm öz klubumuzda, həm də digər klublarda hər kəsin müstəqil və düzgün qərar verəcəyinə inanıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin