
“Tottenhem”də yeni anlaşma
İngiltərənin “Tottenhem” klubu futbolçusu Tobi Alderveyreldin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, London təmsilçisi 30 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı futbolçu yeni sözləşmə ilə həftəlik 150 min funt-sterlinq qazanacaq.
2015-ci ildən “Tottenhem”də forma geyinən Alderveyreld bu mövsüm 20 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin