“Tottenhem” fransızı ilə “nikah təzələdi”
İngiltərənin “Tottenhem” klubu futbolçusu Mussa Sissokonun müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı fransız yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2016-cı ildən “Tottenhem”də forma geyinən Sissokonun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin