“Tottenhem” Poçettinonun oğlu ilə yollarını ayırdı
İngiltərənin “Tottenhem” klubu futbolçusu Maurisio Poçettino ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Poçettino karyerasını İngiltərənən “Uotford” klubunda davam etdirəcək.
18 yaşlı yarımmüdafiəçi “Tottenhem”in sabiq baş məşqçisi və hazırda PSJ-ni çalışdıran Maurisio Poçettinonun oğludur. Oğul atası ilə eyni adı və soyadı daşıyır. Poçettino “Tottenhem”in 2-ci komandasında çıxış edirdi.
Maurisio Poçettino 2014-2019-cu illər aralığında “Tottenhem”i çalışdırıb. Argentinalı mütəxəssis ötən ay PSJ-yə baş məşqçi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin