
İngiltərənin 5 klubunun hədəfindəki futbolçu
“Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Nyukasl” və “Tottenhem” “Bornmut”un vingeri Antuan Semenyo ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Qanalı futbolçuya ən çox marağı onun transferi üçün “Bornmut”a 40 milyon avro təklif etməyə hazır olan “Tottenhem” göstərir. Semenyonun gələn yay londonluların düşərgəsini tərk edə biləcək Riçarlisonun əvəzləyicisi kimi nəzərdən keçirildiyi vurğulanır.
Semenyo bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin