“Mançester Yunayted”in yetirməsi Bekhemin klubunda

İngiltərənin “Stok Siti” klubunun futbolçusu Rayan Şoukross karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rayanla imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Mançester Yunayted”in yetirməsi olan müdafiəçi 2008-ci ildən “Stok Siti”də çıxış edirdi. Şoukross İngiltərə yığmasında bir oyuna çıxıb.

“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.   

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button