İngiltərə klubundan rekord transfer
İngiltərənin “Şeffild Yunayted” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Genk”dən Sander Bergeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4,5 ilik müqavilə imzalanıb.
Norveç millisinin üzvü olan Berge üçün ödənilən məbləğ açıqlanmasa da, “Şeffild Yunayted” tarixinin rekord transferi olduğu bildirilib.
“Şeffild Yunayted”in Bergeyə qədər ən bahalı transferi 2019-cu ildə “Suonsi”dən heyətinə qatdığı Oliver Makbeni idi. Premyer Liqa təmsilçisi sözügedən futbolçu üçün 20 milyon avro ödəmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin