“İngiltərə millisinin bəxti gətirdi” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill hesab edir ki, İngiltərə millisi AÇ-2024-də rəqibləri ilə oyunlarda şanslı olub.

Komanda.az “Fotomob”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, komandanın rəqiblərlə matçlarda bəxtinin gətirdiyini bildirib:

“İngiltərə komandasının turnirin həlledici mərhələlərində oynamaq təcrübəsi var, amma etiraf etmək lazımdır ki, rəqiblərimizlə oyunlarda bəxtimiz gətirdi. Serbiya, Danimarka, Sloveniya, Slovakiya və İsveçrə ilə oynadıq. Böyük bir turnirdə bu beş komanda ilə qarşılaşacağınızı bilsəydiz, çox sevinərdiz. İngiltərə ən yaxşı oyununu göstərmədi, amma hər şey uğurlu ssenari üzrə gedir”.

Qaret Sautqeytin komandası iyulun 10-da Niderlandla qarşılaşacağı turnirdə artıq yarımfinala yüksəlib. Əvvəlki mərhələdə İsveçrə yığmasını penaltilər seriyasında məğlub etməyi bacaran ingilislər 1/8 finalda əlavə vaxtda vurduğu qol sayəsində Slovakiyaya qalib gəlib (2:1).

İngilislər qrupda Danimarka, Sloveniya və Serbiyanı qabaqlayaraq 1-ci yeri tutublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button