Harri Kyuell işsiz qaldı
İngiltərənin “Oldhem” klubu baş məşqçi Harri Kyuellə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Kyuell komandanın uğursuz çıxışına görə baş məşqçi postundan uzaqlaşdırılıb.
Kyuell 2020-ci ilin avqustundan “Oldhem”i çalışdırırdı. Komanda İngiltərə 4-cü divizonunda 16-cı sıradadır.
Kyuell futbolçu karyerası ərzində İngiltərədə “Lids”, “Liverpul”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin