“Nyukasl”ın “sükan”ı isveçrəliyə tapşırıla bilər
İngiltərənin “Nyukasl” klubunda baş məşqçi postuna daha bir namizədin adı məlum olub.
Komanda.az xəbər verir ki, Premyer Liqa klubunun rəhbərliyi komandanın “sükan”ını Lusyen Favra tapşıra bilər. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Son olaraq Dortmund “Borussiya”sında baş məşqçilik edən isveçrəli mütəxəssis, “Nyukasl”dan təklif gələcəyi halda, bunu qəbul etməyə hazırdır.
“Nyukasl”da baş məşqçi postuna namizədlərdən biri də Paulo Fonsekadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin