Ranqnik onları “Mançester Yunayted”də görmək istəyir
İngiltərənin “Mançester Yunayted” klubu qışda heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Cud Bellingem və “Vest Hem”dən Deklan Rays ilə maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik qış transfer pəncərəsi dövründə bu futbolçularından heç olmasa, birinin komandaya cəlb edilməsini istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin