“Mançester Siti” 18 yaşlı futbolçu ilə razılaşdı – rəsmi
İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın “Estudiantes” klubundan Dario Sarmientonu transfer edib. Bu barədə “Estudiantes”in mətbuat ximəti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Sarmiento yeni klubuna iyulun 1-də qoşulacaq.
İngiltərə mətbuatının xəbərinə görə, “Mançester Siti” Sarmiento üçün “Estudiantes”ə 5,2 milyon avro nəğd və 12 milyon avro bonuslarla ödəyəcək. Bundan başqa, “şəhərlilər” Argentina klubuna futbolçunun növbəti satışından 20 faiz pay verəcək.
Sarmiento bu mövsüm “Estudiantes” ilə 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin