Çempionlar Liqasının finalı Türkiyədən alına bilər
İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqası final matçının ev sahibliyi Türkiyədən alına bilər.
Komanda.az xəbər verir ki, İngiltərə hökuməti həlledici oyunun İstanbulda deyil, Londonda keçirilməsini istəyir. Bununla bağlı İngiltərə Futbol Federasiyası UEFA-ya müraciət edib.
İngilislər Türkiyədə koronavirusa yoluxma hallarının çox olması səbəbindən qarşılaşmanın öz ölkələrində keçirilməsini istəyir.
İngiltərə mətbuatı “Aston Villa” klubunun UEFA və İngiltərə Futbol Federasiyasına Çempionlar Liqasının final matçının doğma meydanlarında – “Villa Park” stadionunda keçirilməsi üçün müraciət etdiyini də qeyd edib.
Çempionlar Liqasının finalı mayın 29-da, İstanbulda keçirilməlidir.
Bizi Facebook-da izləyin