Çempionlar Liqası: İstanbul, London, yoxsa Lissabon?
İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında İstanbulda (Türkiyə) keçirilməli olan Çempionlar Liqasının final matçı ilə bağlı yeni iddia ortaya atılıb.
Komanda.az xəbər verir ki, həlledici qarşılaşma ya Londonda, ya da Lissabonda (Portuqaliya) keçiriləcək. Bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, final matçına ev sahibliyi etməyə əsas namizədin Lissabon olduğu bildirilib.
Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alınaraq, İngiltərə və ya Portuqaliyaya veriləcək. Finalın Türkiyədən alınmasına səbəb bu ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.
Çempionlar Liqasının finalı mayın 29-da, İstanbulda keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin