“Bu, sadəcə pulla bağlıdır, başqa heç nə” – Klopp
İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp yeni yaradılan Avropa Super Liqası haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, BBC-yə danışan alman mütəxəssis, “Liverpul”un da yer aldığı bu turnirlə bağlı bunları deyib:
“Çətindir, insanlar razı deyil. Mən bu məsələyə qarışmıram. Məqsədim hər zaman Çempionlar Liqasında iştirak etmək olub. Unutmayın, bir klubun ən əsas parçası azarkeşlərdir. Fanatların qəzəbini başa düşürəm və 12 klubun nə üçün belə bir addın atdığını bilmirəm. Bu, sadəcə pulla bağlıdır, başqa heç nə”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Facebook-da izləyin