“Liverpul”un sabiq futbolçusu infarkt keçirdi
İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Mark Qonsales miokrad infarktı keçirib.
Komanda.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçinin həyat yoldaşı Maura Rivera “instagram” hesabında məlumat yayıb. Qonsales hazırda xəstəxanadadır və müalicə olunur.
Qonsales karyerası ərzində İngiltərədə “Liverpul”, İspaniyada “Betis”, “Albasete”, Rusiyada ÇSKA klubunda çıxış edib. 2019-cu ildə karyerasını bitirən yarımmüdafiəçi, Çili yığmasında 56 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin