“Liverpul” hücumçusuyla bağlı qərarını verdi

İngiltərənin “Liverpul” klubu futbolçusu Divok Origi ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı hücumçunu mövsümün sonuna qədər satmayacaq. Bu barədə “Liverpool Echo” portalı məlumat yayıb. Xəbərdə, “Liverpul”un sıx qrafik və heyətdəki zədəlilərin çox olması səbəbindən Origini komandada saxlayacağı bildirilir.

Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan belçikalı hücumçu bu mövsüm 7 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button