
“Liverpul”un futbolçusu əməliyyat olunacaq
İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin yarımmüdafiəçisi Harvi Elliot zədələnib.
18 yaşlı futbolçu Premyer Liqanın 4-cü turunun “Lids”lə səfər matçında (3:0) ayaq biləyindən ciddi zədə alıb. Elliotun yaxın zamanda əməliyyat olunacağı bildirilib.
Elliot bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin