Premyer Liqa çempionu karyerasını bitirdi – 33 yaşında
İngiltərənin “Lester” klubunun sabiq futbolçusu Neytan Dayer karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, futbolçu karyerasını bitirdiyini deyib.
Dayer “Lester”in heyətində İngiltərə Premyer Liqasının qalibi olub. İngilis futbolçu müxtəlif vaxtlarda “Sauthempton”, “Bernli”, “Suonsi” kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin