“Lester”in futbolçusu ilin ən yaxşısı seçildi
Danimarkada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, İngiltərənin “Lester” klubunda forma geyinən Kasper Şmeyxeldir.
O, ölkəsində keçirilən sorğuda “Tottenhem”dən Kristian Eriksen və Dortmund “Borussiya”sından Tomas Dileynini qabaqlayıb. Şmeyxel karyerasında ikinci dəfə Danimarkanın ən yaxşı oyunçusu seçilib. 33 yaşlı qapıçı 2016-cı ildə də bu mükafata sahib çıxmışdı.
Danimarkada 2017 və 2018-ci ilin ən yaxşı oyunçusu Kristian Eriksen olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin