“Lester”in hücumçusunu Polşaya buraxmadılar

İngiltərənin “Lester” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Legiya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “tülkülər”in hücumçusu Keleçi İheanaço Varşava təmsilçisi ilə oyunu buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Nigeriyalı futbolçu viza problemləri səbəbindən Polşaya gedə bilməyib.

Bu gün keçiriləcək “Legiya” – “Lester” matçı saat 20:45-də başlayacaq. “Legiya”da azərbaycanlı hücumçu Mahir Emreli çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button